MİNİMAL SƏRF

çayların azsulu dövründə-qış və yay-payız mövsumlərində təsadüf edilir. Minimal sərfi səciyyələndirən onun gündəlik və orta minimum qiymətləri hesab olunur. Minimal sərf göstəricisindən suvarma, su təchizatı, gəmiçilik, energetika məsələlərində münasib tələbatların ödənilməsini aşkar etmək üçün istifadə edilir.
MİNERAL SULAR
MONİTORİNQ
OBASTAN VİKİ
Minimal maaş
Minimum aylıq əməkhaqqı — işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir. Minimum aylıq əməkhaqqı siyasətinin dəstəkçiləri iddia edirlər ki, bu siyasət işçilərin həyat şəraitini yüksəldir, yoxsulluq səviyyəsini azaldır və biznesin effektli olması yönündə stimul yaradır. Ancaq digər iqtisadçılara görə isə əslində minimum əmək haqqı siyasəti faktiki olaraq yoxsulluq səviyyəsini yüksəltməsi , işsizlik səviyyəsini yüksəltməsi və biznes aktivliyinə ziyan olması yönündə tənqid edilir. Azərbaycanda minimum əməkhaqqı – qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Azərbaycanda minimum əməkhaqqı ölkə prezidenti tərəfindən təyin olunur.
Minimal temperatur
Mütləq minimum temperaturlar — Çoxillik müşahidə dövründə havanın temperaturunun ən aşağı qiymətinə havanın mütləq minimum temperaturu deyilir.Mütləq minimum temperatur orta minimum temperaturdan fərqli olaraq daha kiçik qiymətini radiasiya soyuması üçün əlverişli şəraitə malik olan relyefin yarğanşəkilli formalarında alır. Azərbaycanda mütləq minimum əsasən yanvar, ayrı-ayrı illərdə isə fevralın əvvəlində və dekabrın sonlarında müşahidə edilir.Mütləq minimum temperaturların bu və ya digər qiymətinin təkrarlanmasını bilərək kənd təsərrüfatı bitkilərinin daha dəqiq yerləşdirilməsinə nail olmaq olar.Mütləq minimumun hesablanmış cəm ehtimalı konkret hər hansı bir ildə müşahidə edilən çoxillik iqlim kəmiyyətini dəqiqləşdirməyə imkan verir. Kənd təsərrüfatı bitkilərinin qişlama şəraitinin qiymətləndirilməsində bu iqlim göstəricisindən geniş istifadə olunur. Mütləq minimum temperaturların orta qiymətinə əsasən mütləq minimum temperaturların, başqa sözlə istənilən qiymətdən aşağı böhran temperaturların təkrarlanması barədə mühakimə yürütmək olar.Bu kəmiyyəti hesablamaq üçün mütləq minimum temperaturların çoxillik sırasında hər bir il üzrə qiymətlər cəbri olaraq toplanır və alınan nəticə müşahidə illərinin sayına bölünür.
Minimal əmək haqqı